DataLife Engine / Masazır qəsəbəsində ev yanıb

Masazır qəsəbəsində ev yanıb


Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən PAŞATv-ə verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
25-11-2021, 22:44
Вернуться назад