BDU-da elmi seminar: Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri


Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib.

BDU-dan PAŞATv-ə bildirilib ki, seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Nelya Lebedeva “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi klinoptilolit tipli məsaməli seolit-dielektrikdə elektrik keçiriciliyi tədqiqinin nəticələrindən danışıb. O, adıçəkilən istiqamətin perspektiv tətbiq sahələri haqqında məlumat verib.

Seminarda aparılan təcrübələrin xüsusiyyətləri izah edilib və suallar cavablandırılıb.